FRANSA SƏFİRİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLMUŞDUR
Səfirin gəlişi münasibətilə keçirilən yığıncaqda çıxış edən rektor, akademik İsa Həbibbəyli, universitetin Paris-8, Paris-Şərq Dilləri və Mədəniyyətləri İnstitutu, Strasburq və Sorbonna universitetləri ilə əlaqələrindən, hazırda Fransada təhsillərini davam etdirən tələbələrin uğurlarından danışmışdır. Əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayan rektor tələbələrə diqqət və qayğısına görə Fransa səfirinə təşəkkürünü bildirmişdir.
Xanım Şantal Puare yüksək səviyyəli Azərbaycan-Fransa əlaqələrindən danışmış, universitetlə tanışlığından məmnun qaldığını söyləmişdir.
Universitetin tələbələrinin “Koroğlu” dastanından fransız dilində hazırladıqları bir parça maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]