FRANSADA 2,8 TON NARKOTİK MADDƏ TUTULMUŞDUR
Gömrük işçiləri Portuqaliyadan Niderlanda gedən yük maşınını saxlayaraq onun içərisində axtarış aparmışlar. Nəticədə gömrükçülər pişik yeminin qablaşdırıldığı karton qutularda gizlədilmiş yükü aşkar etmişlər. Bu qədər məhsul gizli bazarda 5 milyon avro dəyərində qiymətləndirilir.
Yük maşınının hər iki sürücüsü həbs edilərək polis idarəsinə gətirilmiş və onların barəsində cinayət işi qaldırılmışdır.