Fransada kirayə mənzillərdə yaşayan tələbələrin çətin vəziyyətdə olduğu açıqlanıb
Paris, 26 fevral, AZƏRTAC
Fransada hər dörd tələbədən biri kirayəni ödədikdən sonra ayda 100 avrodan az vəsaitlə dolanır.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Ümumi Tələbə Assosiasiyaları Federasiyası tərəfindən dərc olunan araşdırmada qeyd olunub.
Tələbə Həmkarlar İttifaqı artan sosial həssaslıq barədə xəbərdarlıq edərək, bunun tələbələrin sağlamlığına birbaşa təsir göstərdiyini və akademik uğurlarını təhlükə altına aldığını bildirib.
Məlum olub ki, yanvar və fevral aylarında 5644 tələbə arasında aparılmış sorğuya görə, orta aylıq kirayə haqqı 491 avro təşkil edir, Parisdə isə bu rəqəm 712 avroya qədər yüksəlir. Bu da orta hesabla aylıq büdcənin təxminən yarısına bərabərdir. Bu zəruri xərci ödədikdən sonra tələbələrin 22,3 faizi ayda 100 avrodan az vəsaitlə yaşadığını, 52,2 faizi isə 200 avrodan az məbləğə malik olduğunu deyib.
La FAGE-nin prezidenti Süzan Nijdam bildirib ki, mənzillər kirayə haqqı həddindən artıq bahadır və tələbələrin büdcəsinə qətiyyən uyğun deyil: “Maliyyə çətinlikləri qarşısında bir çox tələbə ağır seçimlər etməyə məcbur olur. Çoxları qidalanma və ya sağlamlıq xərclərində ciddi ixtisarlar etməyə məcbur olur. Bundan əlavə, hər iki tələbədən biri ödənişli işdə çalışır və bu iş artıq təhsillə rəqabət aparan amilə çevrilib. Tələbələrin 40 faizindən çoxu zəif izolyasiyalı evlərdə yaşayırlar, təxminən üçdə biri isə sabit internet bağlantısına malik deyil”.
Problemin həlli üçün həmkarlar ittifaqı genişmiqyaslı plan təklif edib. Bunlar tələbələr üçün sosial mənzil fondunun artırılmasından, özəl sektorda kirayə haqlarına daha sərt nəzarətdən, təqaüdlərin hesablanma mexanizminin yenidən qurulmasından və sosial təminatın gücləndirilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]