Fransada pensiya islahatları ilə bağlı etiraz nümayişləri və tətillər yenidən başlayır
Paris, 7 iyun, AZƏRTAC
Fransa Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqı (CGT) ölkədə pensiya islahatları ilə bağlı yenidən etiraz nümayişlərinə və tətillərə başlandığını elan edib.
AZƏRTAC xəbər verir ki, liman işçiləri və dokerlər iyunda 14 günlük tətilə başladıqlarını bəyan ediblər. İyunun 7-dən liman əraziləri bağlanaraq üç gün davam edəcək “ölü limanlar” əməliyyatına başlanılıb.
Tətilçilər iyul ayında mübarizələrinin daha da gücləndiriləcəyini istisna etmirlər. Hökumətin onların səfərbərliyinə şübhə ilə yanaşdığını deyən Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqının baş katibi artıq bütün liman işçilərinin və dokerlərin bir araya gəldiklərini vurğulayıb. Prezident seçkiləri kampaniyası zamanı E. Makronun verdiyi vədə əməl etməməsi liman işçilərini qəzəbləndirib. “Respublika prezidenti aydın şəkildə demişdi ki, pensiya islahatı liman işçilərinə və dokerlərə şamil edilməyəcək”, - deyə özlərini xəyanətə uğramış hiss edən həmkarlar ittifaqları mətbuata açıqlamalarında bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]