Fransada polis zorakılığına qarşı aksiyada 30 min nəfərin iştirakı gözlənilir
Bakı, 22 sentyabr, AZƏRTAC
Fransada sentyabrın 23-nə planlaşdırılan polis zorakılığına qarşı aksiyaya bütün ölkədən 30 min nəfərin cəlb olunacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, RTL radiosu bu barədə xüsusi xidmət orqanlarının məruzəsinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, Fransa şəhərlərinin küçələrinə çıxmaq çağırışı yüzlərlə assosiasiya, həmkarlar ittifaqı və siyasi partiyalar tərəfindən edilib. Aksiyada sistematik irqçilik və polis zorakılığı əleyhinə, həmçinin vətəndaş azadlığı lehinə şüarlar səsləndiriləcək. Ümumilikdə 116 müxtəlif nümayişdə 30 min nəfərin iştirakı planlaşdırılır.
Kəşfiyyat xidmətinin məlumatına görə, Renn, Lill, Nitsa və Qrenobl kimi iri şəhərlərdə iğtişaşlar baş verə bilər. Ötən gün Fransanın daxili işlər naziri Jerald Darmanen BFMTV telekanalının efirində deyib ki, toqquşmalardan yayınmaq üçün bəzi nümayişlərin qadağan olunması istisna edilmir. “Le Parisien” qəzetinin yazdığına görə, hakimiyyət orqanları küçələrdə asayişin qorunmasına 30 min polis və jandarm cəlb etməyi nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]