FRANSANIN “L’OREAL” KOSMETİKA ŞİRKƏTİ İRQİ AYRI-SEÇKİLİKDƏ TƏQSİRLƏNDİRİLİR
Məhkəmə prosesində şahid qismində dindirilən ADEKKO-nun keçmiş əməkdaşı təsdiqləmişdir ki, müştəri yalnız fransız qızları, bəd ayaqda, sadəcə, ağdərili qızları götürməyi tələb edirdi.
2004-cü ildə Fransada ayrı-seçkiliklə və bərabərlik uğrunda mübarizə təşkilatı təsis olunmuşdur. Təşkilatda işə götürülərkən və ya ev icarə edərkən hüquq pozutuları ilə bağlı 2400-dən çox şikayət məktubu qeydə alınmışdır. Bununla əlaqədar, “SOS-irqçilik” Assosiasiyası işçilərin irqçilik meyarlarına əsasən seçilməsi faktlarını aşkara çıxarmaq üçün kadrlar şöbələrində yoxlamalar aparır. Yoxlamalar zamanı bir neçə şirkətin, xüsusilə kadr agentliklərinin sənədlərində işəgötürənlərin qanunsuz tələblərinin kodlarla göstərildiyi aşkara çıxarılmışdır.
Məsələn, “PR1” (Paris-restoranlar-1) kodu yalnız ağdərili ofisiantların qəbulu, “PR4” (Paris-restorananlar-4) kodu isə afrikalılar üçün tətbiq edilir. Agentliklərdə “MGS” (mavigözlü sarışın qız) kodu da mövcuddur.