Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fuad Ələsgərov: Avropa Parlamentinin siyasi idiotizmi

Fuad Ələsgərov: Avropa Parlamentinin siyasi idiotizmi

Bakı, 12 sentyabr, AZƏRTAC

Ötən gün Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qətnaməni “partlatdı”. Ardıcıl olaraq bu növ sənədlər ştamplayan təşkilatın əvvəlki fəaliyyətinin analizi belə bir qətnaməni gözləməyə əsas verirdi. Avropa Parlamentinin bizim ölkəyə olan “marağı” hər dəfə vacib beynəlxalq və ya ölkədaxili siyasi hadisələr ərəfəsində pik həddinə çatır. Bu, “Eurovision” və tarixdə ilk Avropa Oyunları ərəfəsində olub, indi də parlament seçkiləri ərəfəsində baş verir.

Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.

Fuad Ələsgərov bildirib ki, Avropa Parlamenti Qərbin bəzi dairələrinin müstəqil, ağıllı siyasət yürütmək istəyən ölkələrə qarşı hərtərəfli təzyiq mexanizminin yalnız bir hissəsidir. Bu fakt çoxdandır ki, heç kimdə şübhə yaratmır və ona görə də ötən günkü kağız parçasına məhz bu perspektivdən yanaşmaq lazımdır.

Şöbə müdiri deyib: Xarakterikdir ki, Azərbaycanla bağlı bütün qətnamələr eyni qrup şəxs tərəfindən hazırlanır. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar hər dəfə bu qətnamələrin “müzakirə”sində iştirak edirlər. Yeri gəlmişkən, həmin müzakirələr ən yaxşı halda cəmi 20 dəqiqə davam edir.

Bu deputatlar Avropa Parlamentinin divarları daxilində anti-Azərbaycan strategiyasının bələdçiləri və icraçılarıdırlar. Təəccüblü deyil ki, bu cür “qiymətli” kadrlar rahat şəkildə təşkilatın yeni heyətinə daxil olublar. Belə deputatların xidmətlərinə bu gün də çirkli oyunların təşkil edilməsi üçün olduqca böyük tələbat vardır.

Qətnamənin özü köhnə reseptlər (üstüörtülü fikirlər, faktların təhrif olunması və açıq yalan) əsasında hazırlanıb. Belə ki, qətnamə müəllifləri utanmadan jurnalist Rasim Əliyevin ölümünə siyasi çalar qatırlar. Bu, ikrah doğuran bir cinayətdır, lakin bizim ölkədə hamıya məlumdur ki, cinayət məişət zəminində törədilib. Bu arada qətnamə müəllifləri “unudurlar” ki, bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər həbs olunublar və hazırda bu iş üzrə hərtərəfli istintaq aparılır.

Qətnamə müəllifləri, həmçinin hökumətin Avropa İttifaqının Azərbaycanda rahat şəkildə qrant paylamasına mane olmasından da şikayətlənirlər. Lakin əslində bütün vətəndaş cəmiyyətinin dəstəklənməsi üçün ayrılan bu qrantların illər boyunca yalnız çox məhdud çevrədən olan “etibar edilən şəxslər” tərəfindən alınması faktı onları qətiyyən maraqlandırmır.

Bu korrupsiya mexanizmi vasitəsilə on milyonlarla avro dövriyyə edib ki, onların da əksəriyyəti sonradan harasa yoxa çıxırdı. Qrant alan “seçilmiş” adamlar qanunvericiliyin tələblərinə məhəl qoymurdular və onların fəaliyyətində xeyli sayda qanun pozuntularının aşkarlanması, həmçinin şəffaflığın olmaması hüquq mühafizə orqanlarında əsaslandırılmış iddiaların yaranmasına səbəb olub.

Təbii ki, məsələnin bu tərəfi də qətnamədə əksini tapmayıb. Bunun əvəzində qətnamədə Leyla Yunusun “vəziyyətinin pisləşməsi” və “siyasi partiyaların məhkum edilmiş rəhbərləri” yer alıb. Hərçənd, sənəddə adı çəkilən avropalı həkimlər vurğulayırlar ki, Leyla Yunusun vəziyyəti sabitdir. Mifik məhkum olunmuş siyasi partiya rəhbərlərinin adlarını çəkməyi isə qətnamə layihəsinin müəllifləri yenə də unudublar.

Qətnamənin bəzi bəndləri isə ermənipərəst mövqenin açıq nümayişinin və ikiüzlülüyün zirvəsidir - həmin bəndlərdə Avropa Parlamenti Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinin bütün qərarlarının, o cümlədən 2015-ci il 16 iyun tarixli qərarının icrasını tələb edir, həmçinin təəssüfləndiyini bildirir ki, Azərbaycan hökuməti “Ermənistanla Azərbaycan arasında düşmənçiliyin aradan qaldırılması baxımından son dərəcə vacib olan, iki ölkənin vətəndaş cəmiyyətinin qrupları, ziyalılar və gənc fəallar arasında təmaslara maneçilik törədir”.

Qətnamə müəllifləri qəsdən Avropa Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qətnaməsinin “Sarkisyan Azərbaycana qarşı” işi üzrə qərar olduğunu göstərməyiblər! Bizim ölkəmizdən Ermənistan vətəndaşının lehinə qəbul edilən qərarın yerinə yetirilməsini tələb edirlər. Lakin heç kim Ermənistandan Avropa Məhkəməsinin elə həmin gün - iyunun 16-da Çıraqov və bizim digər vətəndaşlarımızla bağlı verdiyi qərarı yerinə yetirməyi tələb etmir.

Avropa Parlamentinin deputatlarını heç bu da hiddətləndirmir ki, qərarlarına böyük əhəmiyyət verdikləri Avropa Məhkəməsi ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, həmçinin qətlə yetirilən Həsən Həsənovun qohumları adından bu ilin yanvar ayından verilmiş şikayətləri icraatına qəbul etmir.

Vəziyyət o yerə gəlib çatıb ki, erməni əsilli italyan deputat Laura Acea öz çıxışında nəinki Azərbaycanı “demokratiyanın bütün formaları ilə mübarizə aparmaqda”, hətta “qonşu Ermənistan və Dağlıq Qarabağı daim atəşə tutmaqda” ittiham etdi.

Belə iyrənc manipulyasiyalar nəticəsində 20 ildən çox müddətdə təcavüzdən əziyyət çəkən Azərbaycanın özü təcavüzkar kimi göstərilir, atdığı addımlar nəticəsində bir milyon insanın qaçqın və köçkünə çevrilməsinə səbəb olan Ermənistan isə günahsız qurban kimi qələmə verilir.

Erməni lobbisi Laura Acea və qətnamənin digər təşəbbüskarlarının vasitəsilə Avropa ictimaiyyətinin şüurunda Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin əsassızlığı haqqında fikri gücləndirməyə çalışır. Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması tezisini ortaya atan bu insanlar Ermənistanın Dağlıq Qarabağ və Azərbaycana məxsus digər rayonların işğalının nəticələrini də təsdiq etməyə çalışırlar. Bizim isə hər bir dövlətin hüququ olan işğal edilmiş torpaqlarını güc yolu ilə azad etmək üçün ədalətli hüququmuzu tanımaq istəmirlər. Bax, ermənipərəst qüvvələrin və milli maraqlara xəyanət edən şəxslərin birgə məqsədləri bu qədər uzağa gedir!

Hərçənd, bu cür çirkli metodlar heç kimi təəcübləndirmir. Demokratiya və insan hüquqlarını öz mövqeyinin yeridilməsi alətinə çevirən bu cür münasibət Avropada humanitar böhrana səbəb oldu. Məhz “humanitar bombalamalar”, xaos, dağıntılar, kütləvi qətllər yolu ilə demokratiyanı yaymaq istəyi yüz minlərlə qaçqını dağıdılmış evlərini tərk etməyə və insan hüquqları müdafiəçilərinin onlara qarşı əsl soyqırımı təşkil etdiyi “demokratiya beşiyi”ndə sığınacaqlar axtarmağa vadar edib.

Bu arada, insan haqlarının pozulması arqumenti belə yalançı demokratların əllərində seçmə üsulu ilə işlədilən bir silaha çevrilir. Çətin ki, biz Avropa Parlamentinin sessiyasında nə vaxtsa ABŞ-da polis özbaşınalığının və irqçiliyin qınanması və ya amerikalı jurnalistlər Elison Parker və Adam Uordun “siyasi motivli” qətlləri ilə əlaqədar sanksiyaların tətbiq olunmasına dair çağırışları eşidək.

Qətnamə müəlliflərinin verdiyi mesaj aşkar olduğu qədər də absurddur - enerji sektorunda Azərbaycanla əməkdaşlıq qarşılıqlı şəkildə sərfəlidir, lakin onun məmurlarına qarşı sanksiya tətbiq etmək lazımdır, Avropa xarici siyasi xidməti insan haqları sahəsi üzrə Azərbaycanla dialoqu inkişaf etdirməli, lakin qarşıdan gələn parlament seçkilərində müşahidə aparılması ilə bağlı hər hansı bir fəaliyyətdən çəkinməlidir.

Qeyd etmək lazımdır ki, Avropa Parlamentində Aİ və Azərbaycan arasında müəyyən siyasi dairələrin təsirlərindən, ikili standartlardan azad olan əsl dialoqun aparılmasının lehinə səs verən sağlam düşüncəli deputatlar da çıxış ediblər. 200-dən çox deputat qətnamənin əleyhinə səs verib, 70-dən çoxu isə məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Təəssüflər olsun ki, bu səslərin sayı Avropa Parlamentində siyasi praqmatizm və konstruktiv yanaşmanın üstün gəlməsinə kifayət etmədi.

Qətnamə müəllifləri sonda ən yaxın zamanda insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərlə bağlı dialoqun həyata keçirilməsi üçün Azərbaycana parlament nümayəndə heyətinin göndərilməsinin vacibliyini arsız şəkildə xatırladıblar. Ötən günkü siyasi idiotizmin, habelə qərəzli anti-Azərbaycan və ermənipərəst mövqeyin aşkar nümayişi nəzərə alınsa, nəinki Avropa Parlamentinin nümayəndə heyətini Dağlıq Qarabağ probleminin həlli prosesinə yaxın buraxmaq olmaz, hətta ölkəmizin Şərq Tərəfdaşlığı və Avronest Parlament Assambleyasında iştirakının məqsədəuyğunluğu haqqında məsələni müzakirəyə çıxarmaq lazımdır.

Göstərilən hər hansı bir təzyiqə baxmayaraq bizim ölkəmiz Azərbaycan xalqının hərtərəfli inkişafı və müdafiəsinə istiqamətlənən müstəqil xarici və daxili siyasət yürüdür və bundan sonra da yürüdəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb