Futbol üzrə İspaniya çempionatının 33-cü turuna yekun vurulub
Bakı, 20 aprel, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatının 33-cü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu turda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan komandaların hamısı xal itirib.
Lider “Barselona” səfərdə “Selta” klubu ilə heç-heçə oynayıb - 2:2. “Barselona”nın qollarına Dembele və Alkaser, “Selta”nın qollarına isə Conni və Aspas imza atıblar.
Turnir cədvəlinin ikinci pilləsində yer alan “Atletiko Madrid” səfərdə “Real Sosyedad” kollektivinə böyük hesabla (0:3) məğlub olub.
“Real Madrid” klubu isə doğma meydanda “Atletik Bilbao”nun öhdəsindən gələ bilməyib. Matç 1:1 hesabı ilə başa çatıb. “Kral klubu”nun heyətində Kriştiano Ronaldo, qonaqlardan isə İnaki Villiams fərqləniblər.
Beləliklə, 33 turdan sonra “Barselona” klubu 83 xalla turnir cədvəlinə başçılıq edir, “Atletiko” 71 xalla ikinci, “Real Madrid” isə 68 xalla üçüncü pillələrdə qərarlaşıblar.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Deportivo” - “Sevilya” - 0:0
“Vilyareal” - “Leqanes” - 2:1
“Espanyol” - “Eybar” - 0:1
“Valensiya” - “Xetafe” - 1:2
“Alaves” - “Jirona” - 1:2
“Levante” - “Malaqa” - 1:0
“Real Betis” - “Las Palmas” - 1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]