Futzal üzrə Azərbaycan millisinin üzvü: Yenidən dünya çempionatının final mərhələsinə yüksəlmək istəyirik
Bakı, 12 iyul, AZƏRTAC
Həmişəki kimi, bizi gərgin mübarizə gözləyir. Çətin olacaq. Polşaya qarşı oynamamışam. Onların gücü haqda bir söz deyə bilmərəm. Amma onlarla müqayisədə Yunanıstan nisbətən zəifdir. Əlbəttə, hər oyunun öz məsuliyyəti, gedişatı var.
AZƏRTAC xəbər verir ki, bu sözləri dünya çempionatının əsas mərhələsindəki rəqiblərimiz haqda danışarkən futzal üzrə Azərbaycan millisinin müdafiəçisi Eduardo Borges deyib.
Müdafiəçi bildirib ki, bizim üçün hər bir görüş finala bərabər olacaq. Komandanın hər zamankı kimi bir məqsədi var - əsas mərhələni birinci pillədə başa vurmaq və elit-raunda yüksəlmək. Başqa yolumuz da yoxdur. Növbəti mərhələ haqda isə işimizin öhdəsindən gəldikdən və oradakı rəqiblərimiz müəyyənləşdikdən sonra danışmaq olar. Yenidən dünya çempionatının final mərhələsinə yüksəlmək istəyirik. Bacarmaq üçün əlimizdən gələni edəcəyik. İşimiz çoxdur, yaxşı hazırlıq keçməliyik.
Qeyd edək ki, iyulun 7-də keçirilmiş püşkatmanın nəticəsinə uyğun olaraq Azərbaycan millisi 6-cı qrupda Polşa və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri elit-raunda birbaşa vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]