Füzulinin “Ənisul-qəlb” qəsidəsinin şərhi kitab halında nəşr olunub
Bakı, 26 may, AZƏRTAC
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Ürək dostu, könül həmdəmi” adlı kitab işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Füzuli dühasının ən parlaq örnəklərindən biri olan “Ənisül-qəlb” qəsidəsinə filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı və ilahiyyatçı Arif Sərraf tərəfindən verilən şərhlər yer alıb. Nəşrdə orta əsrlərin ensiklopediyası da adlandırılan bu məşhur qəsidə beyt-beyt, misra-misra təhlil olunub, şairin köklü biçimdə bədii-estetik həllini verdiyi mətləblər çağdaş tədqiqat üsulları ilə geniş şəkildə açıqlanıb.
Kitabın elmi redaktoru və nəşrə hazırlayanı Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri isə füzulişünas alimlər Əzizağa Nəcəfzadə və Nəzakət Məmmədli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoydur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]