GDU-nun tələbəsi Azərbaycan çempionatının qalibi olub
Gəncə, 29 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) tələbəsi, GDU İdman Klubunun yetirməsi Fatimə Mehdiyeva qadın boksçular arasında keçirilən Azərbaycan çempionatında qalib olub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ilk raundda Leyli Bayramovaya tam üstünlüklə qalib gələn Fatimə Mehdiyeva 65 kiloqram çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.
Qeyd edək ki, Fatimə Mehdiyevanın məşqçisi GDU-nun İdman Klubunun əməkdaşı Orxan Əliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:01]
Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib
- 02.10.2026 [16:01]
Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb
- 02.10.2026 [13:18]