Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə baş verən yanğın söndürülüb
Bakı, 2 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1,5 hektar sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [21:56]
Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub
- 03.11.2026 [20:52]
Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər
- 03.11.2026 [20:18]
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
- 03.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.11.2026 [17:58]