Gədəbəydə silah-sursat tapılıb
Gəncə, 28 mart, Rauf Hacıyev, AZƏRTAC
Gədəbəydə silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, martın 27-də daxil olmuş məlumat əsasında Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Turşsu adlanan meşəlik ərazisindən bir ədəd istifadəyə yararsız "AKS-74" markalı silah, 64 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:25]
Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib
- 12.06.2026 [14:49]