ELM VƏ TƏHSİL
“Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin mükafatları təqdim olunub
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU keçirilən “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin mükafatları təqdim olunub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, pandemiya şəraitində dəfələrlə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bölgələrdən olan iştirakçıların hədiyyələri müvafiq vaxtlarda universitetin məsul şəxsləri vasitəsilə onlara çatdırılıb.
Olimpiadada Bakı və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan 185 nəfər XI sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə üç, dördüncü yerə dörd, həvəsləndirici yerə isə iki şagird layiq görülüb.