Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj VİDEO

Berlin, 10 iyun, AZƏRTAC

Qlobal aerokosmik sənayenin nəbzinin vurduğu, Avropanın aparıcı innovasiya platforması hesab olunan “ILA Berlin 2026” Beynəlxalq Aviasiya və Kosmos Sərgisi iyunun 10-da Berlin-Brandenburq Hava Limanında (BER) qapılarını növbəti dəfə dünyaya açıb.

AZƏRTAC xəbər verir ki, beş gün ərzində mülki aviasiya, kosmik tədqiqatlar və müdafiə sənayesinin ən son nailiyyətlərinin təqdim olunduğu bu mötəbər sərgi təkcə kommersiya uğurlarını deyil, həm də qlobal təhlükəsizlik, dayanıqlılıq və texnoloji müstəqilliyin gələcək xəritəsini müəyyənləşdirən mühüm platformadır.

Geniş platforma və yüksək siyasi rezonans

“ILA Berlin 2026” sərgisinin strateji əhəmiyyəti onun açılışında və iştirakçıların statusunda özünü qabarıq şəkildə büruzə verir. Belə ki, tədbirin rəsmi açılış mərasimində Almaniya Kansleri Fridrix Mers iştirak edib. Mərasimdə, həmçinin Brandenburq əyalətinin Baş naziri Ditmar Voydke, Almaniyanın müdafiə naziri Boris Pistorius, iqtisadiyyat və enerji naziri Katerina Rayxe, nəqliyyat naziri Patrik Şnayder, tədqiqat, texnologiya və kosmos naziri Dorote Ber iştirak ediblər. Avropa Komissiyasının sərginin strateji tərəfdaşı kimi çıxış etməsi isə Avropanın bu sahədə qlobal liderliyini möhkəmləndirmək niyyətindən xəbər verir.

Builki tədbir miqyasına görə rekord müəyyən edib. Burada 37 ölkədən 750-dən çox iştirakçı öz texnologiyalarını nümayiş etdirir. Dünyanın 60-dan çox ölkəsindən 330-dək hərbi və siyasi nümayəndə heyətinin, həmçinin 100 minə yaxın mütəxəssis və ziyarətçinin iştirakı “ILA Berlin”in beynəlxalq arenadakı çəkisini bir daha sübut edir.

Ziyarətçilərin profili: Satınalma gücü və yüksək menecment

“ILA Berlin”i digər sərgilərdən fərqləndirən əsas amillərdən biri onun biznes effektivliyidir. Statistik məlumatlara əsasən, sərgiyə gələn hər üç peşəkar ziyarətçidən ikisi birbaşa satınalmalar barədə qərar vermək səlahiyyətinə malik şəxslərdir. Ziyarətçilərin strukturuna nəzər saldıqda, onların 24 faizini şirkətlərin top-menecerləri və idarə heyəti üzvləri, 56 faizini isə müxtəlif səviyyəli rəhbər şəxslər təşkil edir. Bu isə o deməkdir ki, burada nümayiş etdirilən məhsullar birbaşa real müqavilələrə və tərəfdaşlıqlara yol açır. Sənaye sektorları üzrə isə kommersiya aviasiyası (25,4 faiz), müdafiə sektoru (14,6 faiz) və dövlət strukturları (13 faiz) əsas pay sahibidir.

Səmada və yerdə texnologiya şousu: Təqdimatlar və yeniliklər

Sərginin ən cəlbedici hissəsi şübhəsiz ki, statik və uçuş nümayişləridir. BER hava limanının meydanında həm mülki, həm də hərbi təyinatlı 100-ə yaxın hava gəmisi sıralanıb. Bu il bir neçə mühüm təqdimat və premyeranın keçirilməsi planlaşdırılır.

Almaniya Silahlı Qüvvələrinin (Bundever) yeni pilotsuz uçuş aparatı – “German Heron TP” ilk dəfə olaraq bu sərgidə uçuş nümayişi keçirir və havadan çəkdiyi yüksəkdəqiqlikli görüntüləri canlı olaraq sərgi ərazisindəki nəhəng monitorlara ötürür. Digər mühüm premyera isə “Leonardo” şirkətinin “AW249” müasir döyüş helikopteridir. Bununla yanaşı, sərgidə “Boeing” şirkətinin “P-8A Poseidon” dəniz kəşfiyyat təyyarəsi, “Airbus Beluga” nəhəng yük təyyarəsi, dünyanın ən böyük sərnişin təyyarəsi olan “Emirates Airbus A380” və “Lufthansa”nın 100 illik xüsusi rəng dizaynı ilə bəzədilmiş “Airbus A320neo” hava gəmisi ziyarətçilərin böyük marağına səbəb olub.

Gələcəyə baxış: Dronlar, startaplar və kadr potensialı

Builki sərgidə əsas yeniliklərdən biri ilk dəfə yaradılan dron pavilyonu və xüsusi qəfəs sahəsidir. Burada pilotsuz uçuş sistemlərinin mülki aviasiya, logistika və müdafiə sahəsindəki tətbiqləri canlı testlərlə nümayiş etdirilir. Həmçinin “Start-up Hub” vasitəsilə gənc texnologiya şirkətləri süni intellekt və avtonom sistemlərə dair innovativ həllərini birbaşa böyük investorlara təqdim etmək imkanı qazanıblar. Sərginin digər mühüm platforması isə 3500-dən çox gənc istedadı və mühəndisi aviasiya nəhəngləri ilə birləşdirən, gələcəyin pilotlarının yetişdirilməsinə xüsusi diqqət ayıran “Talent Hub” karyera mərkəzidir.

Qeyd edək ki, “ILA Berlin” dünyada ən qədim aviasiya sərgisi hesab olunur. Onun tarixi 1909-cu ildən, ilk dəfə Frankfurtda təşkil olunan beynəlxalq hava gəmiləri sərgisindən başlayır. Əsrdən çox müddətdə Zeppelin dirijabllarından tutmuş bu günün süni intellektli dronlarına və kosmik gəmilərinə qədər aviasiya erasının bütün inkişaf mərhələlərinə şahidlik edən bu platforma zamanla qlobal sənayenin əsas innovasiya mərkəzinə çevrilib. İki ildən bir keçirilən bu tarixi sərgi keçmişin zəngin ənənələrini gələcəyin kosmik texnologiyaları ilə birləşdirir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: bezoar dağ keçiləri sürü halında

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdar edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib