Gənc cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıblar
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Xorvatiyanın Poreç şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı 13 idmançı təmsil edir. Belə ki, Turan Bayramov, Əmrah Salamlı (hər ikisi 60 kq), Ayxan Tanverdiyev (66 kq), Rəşid Məmmədəliyev, Mətin Rzazadə (hər ikisi 73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 81 kq), Adil Kərimli (100 kq) və Camal Feyziev (100 kiloqramdan yuxarı) kişilər arasında yarışlarda güclərini sınayacaqlar. Qadınlar arasında isə komandamızı Ramilə Əliyeva, Vüsalə Kərimova (hər ikisi 48 kq), Ülviyyə Bayramova (57 kq) və Südabə Ağayeva (63 kq) təmsil edəcəklər.
Qeyd edək ki, noyabrın 6-da yekun vurulacaq Avropa çempionatında 40 ölkədən 412 idmançı çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]