GƏNC DİRİJOR EYYUB QULİYEV VYANA FESTİVALINDA AZƏRBAYCANI TƏMSİL EDƏCƏK
AZƏRTAC xəbər verir ki, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc dirijor Eyyub Quliyev avqustun 15-24-də Avstriyada Vyana Dövlət İncəsənət Universitetinin təşkilatçılığı ilə keçiriləcək XVIII Beynəlxalq klassik musiqi festivalında Azərbaycanı təmsil edəcəkdir. O, festivalda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi ilə iştirak edəcəkdir.
Eyyub Quliyev Vyana simfonik orkestrinə və “Çexiya virtuozları” kamera orkestrinə dirijorluq edəcəkdir. Proqrama Almaniya və Avstriya bəstəkarlarının əsərləri daxil edilmişdir.
Bu mötəbər tədbirə dünya şöhrətli musiqiçilər və musiqi kollektivləri dəvət edilmişlər. Festival Avstriyanın Vyana və Rayhenau şəhərlərində keçiriləcəkdir.
Festival çərçivəsində istedadlı ifaçılar və dirijorlar üçün yay akademiyasının təşkili də nəzərdə tutulmuşdur. Burada Kembric Universitetinin, London və Edinburq Kral Musiqi akademiyalarının, Berlin, Köln, Hannover və Frankfurt ali musiqi məktəblərinin professorları ustad dərsləri və seminarlar keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada Azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]