Gənc ifaçılar Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində konsert verib
Bakı, 7 fevral, AZƏRTAC
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində gənc ifaçıların konserti olub. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Gənclər Günü münasibətilə təqdim olunana konsertdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllimləri iştirak ediblər. Konsert zamanı Azərbaycan və xarici bəstəkarların əsərləri, eləcə də müasir estrada janrında olan əsərlər səsləndirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov konsertin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, konsert Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.