GƏNC RƏSSAMIN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SƏRGİ
Mərhum rəssamın vəfatının ilinə həsr olunmuş sərgidə təsviri sənətin bütün janrlarında 100-dən artıq əsər nümayiş etdirilir.
Xalq rəssamları - Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Azadənin müəllimi Cəmil Müfidzadə açılış mərasimində çıxış edərək, rəssamın yaradıcılığından danışmışlar. Bildirilmişdir ki, çoxşaxəli istedada malik rəssam qısa ömür sürməsinə baxmayaraq, zəngin irs qoyub getmişdir. Onun səhnə tərtibatı, eləcə də, dəzgah boyakarlığı sahəsindəki işləri yüksək peşəkarlıq səviyyəsində olmuşdur. Qrafika janrındakı işləri özünəməxsusluğu ilə seçilirdi.
Rəssamın yaradıcılığındakı gənclik obrazlarının bədii tamlığı xüsusi vurğulanmışdır. Azərbaycan xanımlarının milli xüsusiyyətlərini təcəssüm etdirən nadir kuklaları müxtəlif sərgilərdə və kolleksiyalarda uğurla nümayiş etdirilmişdir.
Belə bir inam ifadə olunmuşdur ki, rəssamın bu sərgisi gələcəkdə də dəfələrlə göstəriləcək, o, Azərbaycanın təsviri sənət tarixində yaşayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]