Gənc sərbəst güləşçilərimiz İranda beynəlxalq turnirdə güclərini sınayacaqlar
Bakı, 27 fevral, AZƏRTAC
Martın 1-2-də İranın Mazandaran vilayətinin Behşəhr şəhərində güləş üzrə Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri turnirdə iştirak edəcəklər.
Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçimiz qonşu ölkəyə yollanıb. Heyətdə Əsgər Məmmədəliyev (57 kq), Tural Hüseynov (61 kq), Elmar Kazımov (65 kq), Davud İbrahimov (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmayev (97 kq) və Rahid Həmidli (125 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]