Gəncə alüminium zavodunun tullantıları zərərsizləşdiriləcək
Gəncə, 20 may (AZƏRTAC). Keçmiş sovetlər birliyi dövründə Gəncə alüminium zavodunda istehsal prosesi zamanı yığılıb qalmış kimyəvi tullantıların yaxın vaxtlarda zərərsizləşdirilməsinə başlanacaqdır.
Bu barədə məlumat verən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev AZƏRTAC-a demişdir ki, artıq xeyli vaxtdır bu ərazidə fəaliyyət göstərən müəssisələr, eləcə də alüminium zavodu ən müasir texnologiyalarla işləyir. Bu da zərərli tullantıların həcminin minimuma enməsinə səbəb olmuşdur. Lakin keçmişdən qalmış zərərli maddələrin insanların səhhətinə ziyan vurmaması üçün müxtəlif tədbirlər görülməsini zəruri etmişdir. Belə qərara alınmışdır ki, həmin tullantıların həm ekologiyaya, həm də insanların sağlamlığına ziyan vurmaması üçün üstü örtülsün. Mütəxəssislərin rəyi nəzərə alınmaqla yaxın vaxtlarda əraziyə 20 santimetr qalınlığında çınqıl və torpaqla töküləcəkdir ki, bu da küləkli havalarda kimyəvi maddələrin havaya qalxmasının qarşısını alacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]