MƏDƏNİYYƏT
Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçiriləcək
![Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçiriləcək](/files/2024/2/1200x630/17183637001800152276_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Filarmoniyadan məlumat verilib.
Tədbirlər planına əsasən, iyunun 15-də filarmoniyanın kollektivlərinin konserti, iyunun 16-da “Üzbəüz” layihəsi çərçivəsində Gəncə şəhər ziyalıları ilə görüş və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kamera musiqisi keçiriləcək.
Həmçinin iyunun 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin “İntizar” operasını təqdim edəcək. Opera tamaşasının libretto müəllifi filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [17:46]
Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək
- 03.07.2024 [17:28]
Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub
- 03.07.2024 [16:53]
Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır
- 03.07.2024 [16:08]
Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib
- 03.07.2024 [11:11]
“Lokomotiv və vaqonlar” hazırdır
- 03.07.2024 [10:58]
“Beş manatlıq gəlin” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 03.07.2024 [10:55]