GƏNCƏ QƏSƏBƏSİNDƏ UŞAQ İDMAN - ƏYLƏNCƏ MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Xanlar rayonunun Gəncə qəsəbəsində məskunlaşan qaçqın uşaqlar üçün idman-əyləncə mərkəzi istifadəyə verilmişdir. Burada müxtəlif idman qurğuları və əyləncə avadanlığı quraşdırılmışdır.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni mərkəzin açılışı mərasimində qaçqın uşaqlara hədiyyələr də verilmişdir.