GƏNCƏDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR
Gəncə, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də çöhrəsindən hüznlə yanaşı iftixar hissi oxunan və əllərində tər qərənfillər tutmuş minlərlə Gəncə sakini bugünkü azadlığımızın və müstəqilliyimizin səbəbkarlarının xatirəsinə ehtiram göstərmək üçün şəhərdəki “20 yanvar” abidə-kompleksinin ətrafına toplaşmışlar.
Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra mərasim iştirakçıları abidəni ziyarət edərək önünə tər qərənfillər düzmüşlər.
Gəncədə xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi günün sonunadək davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]