Gəncədə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB-2 VİDEO
Gəncə, 23 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə mikroavtobusun aşması nəticəsində yaralananların kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1972-ci il təvəllüdlü Səbinə Həsənova, 2006-cı il təvəllüdlü Gülçin Alıyeva, 1988-cil təvəllüdlü Gülay Verdiyeva, 1985-ci il təvəllüdlü Emin Hüseynov, 1988-ci il təvəllüdlü Elnarə Ələkbərova və 2007-ci il təvəllüdlü Gülay Hüseynova xəstəxanalara yerləşdiriliblər.
15:25
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.
14:46
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Xan bağı parkının yaxınlığında qeydə alınıb. Sərnişin avtobusu dərəyə yuvarlanıb. Yararlıların olduğu bildirilir.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.