Gəncədə içməli su və kanalizasiya sisteminin yenilənməsi layihəsi davam edir
Gəncə, 26 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xətlərinin və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Layihə çərçivəsində sovet dövründən qalan və istismar müddətini başa vurmuş müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsinin icrası çərçivəsində ümumi uzunluğu 884 kilometr olan içməli su xəttinin 179,7 kilometri, 891 kilometrlik kanalizasiya xəttinin isə 176,8 kilometri çəkilib.
Bu proqram çərçivəsində 4-cü kontrakt üzrə müxtəlif diametrdə içməli su xəttinin 20,7 kilometri, kanalizasiya xəttinin isə 17,2 kilometri inşa edilib. Həmçinin 782 ədəd mexaniki sayğac quraşdırılıb.
Ötən ildə görülmüş işlərin davamı olaraq 2018-ci ilin birinci rübündə də işlər davam etdirilib.