GƏNCLƏR GÜNÜ ÇOXSAYLI TƏDBİRLƏRLƏ QEYD OLUNACAQ
Gənclər, İdman və Turizm Nazirliyi fevralın 2-də qeyd olunacaq Gənclər günü münasibətilə geniş tədbirlər planı hazırlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ərəfədə Gənclər Təşkilatları Milli Şurasının hesabat-seçki konfransı keçiriləcəkdir. Nazirliyin, gənclər təşkilatlarının nümayəndələri fevralın 2-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək, ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirələrini anacaqlar. Respublika velotrekindən Şəhidlər xiyabanınadək velosiped yürüşünün keçirilməsi də nəzərdə tutulmuşdur.
Elə həmin gün Vəcihə Səmədova adına sərgi salonunda gənc fotoqrafların və rəssamların əsərlərindən ibarət sərginin açılışı olacaqdır. Axşam Yaxtklubda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edəcəklər. Orada nazirliyin elan etdiyi müxtəlif müsabiqələrin qaliblərinə mükafatlar təqdim olunacaqdır.
Bölgələrdə Gənclər günü idman yarışları, “dəyirmi masalar” və iməciliklərlə qeyd ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]