Gənclər üçün biznes və marketinqin idarə edilməsinə dair seminar keçirilib
Bakı, 26 may, AZƏRTAC
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Biznes və marketinqin idarəedilməsi” mövzusunda seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, seminarda, həmçinin biznesdə əsas hədəflər, dəyərin yaradılması, idarəetmə keyfiyyəti haqqında da müzakirələr aparılıb.
Biznes və marketinqin idarə edilməsi üzrə mütəxəssis, təlimçi Səlim Əmirli biznes modelin qurulması zamanı diqqət edilməli olan məsələlər, uğurlu karyeranın qurulması və karyeranın əsas aspektləri, müasir marketinqin mərhələləri haqqında iştirakçı gənclərə ətraflı məlumat verib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.