Gənclər üçün “Ekoloji” fotomüsabiqə keçiriləcəkdir
Bakı, 6 mart (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ekologiya İşçi qrupunun təşkilatçılığı ilə gənclər arasında ekoloji fotomüsabiqə keçiriləcəkdir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 10-da keçiriləcək müsabiqədə 14-29 yaşlı gənclər ekoloji mövzuda çəkilmiş və təşkilat komitəsinə təqdim olunmuş fotoşəkillər ilə iştirak edə bilərlər. Layihənin sonunda müsabiqəyə təqdim olunmuş şəkillərdən ibarət fotosərgi təşkil ediləcəkdir. Sərgidə müsabiqənin qalibləri - ilk üç yerin sahibləri fotoaparat, “i-ped shuffle” və mp-3 player və diplomlarla mükafatlandırılacaqlar.
Layihənin həyata keçirilməsində məqsəd bacarıqlı fotoqraf gəncləri üzə çıxarmaq, gənclər arasında ekologiyanın təbliğini gücləndirmək, ekoloji problemləri hərtərəfli təhlil etməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]