Gənclər və idman naziri beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
Bakı, 12 iyul, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.
AZƏRTAC nazirliyin feysbuk səhifəsinə istinadla xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə məşqçilər və federasiya nümayəndələri də iştirak ediblər.
İdmançılar son vaxtlar qazandıqları qələbələr, qarşıdakı mötəbər yarışlara hazırlıq və təlim-məşqləri barədə məlumat veriblər.
Nazir Fərid Qayıbov idmançıları qazandıqları medallara görə təbrik edib və onlara yeni uğurlar arzulayıb.