GƏNCLƏR VƏ İDMAN NAZİRİ “BİZİM GƏNCLİK” İCTİMAİ BİRLİYİNİN ÜZVLƏRİ İLƏ GÖRUŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov “Bizim Gənclik” İctimai Birliyinin üzvləri ilə görüşmüşdür.
Birliyin sədri Leyla İbrahimova rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyəti və həyata keçirilən tədbirlərlə bağlı geniş məlumat vermişdir. O, Gənclər ili çərçivəsində təşkilatın həyata keçirdiyi tədbirlərlə yanaşı, il ərzində görülməsi planlaşdırılan layihələrdən də söz açmış və Heydər Əliyev Fondunun ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan “Hərəmiz bir ağac əkək” kompaniyasında fəal iştirak etdiyini söyləmişdir.
Nazir Azad Rəhimov “Bizim Gənclik” İctimai Birliyinin üzvlərinə tövsiyə və məsləhətlər verərək, gələcəkdə təşkilatın daha da fəal və nümunəvi olacağına inandığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]