GƏNCLƏR VƏ İDMAN NAZİRİ: GƏNCLƏR SİYASƏTİMİZİN ƏSAS STRATEGİYASINI TƏŞKİL EDİR
Nazir demişdir ki, ölkəmizin iqtisadi yüksəlişi, gənclərlə iş və idman sahəsində dövlət siyasətinin ardıcıl surətdə həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, yeniyetmə və gənclər arasında bədən tərbiyəsinin təşkilinə yönəldilmiş addımların gücləndirilməsinə ehtiyac duyulur. O, Prezident İlham Əliyevin idmana daimi qayğı və köməyi sayəsində bir sıra uğurların qazanıldığını vurğulayaraq, bu yöndə işlərin daha da gücləndirilməsi üçün Baş idarələri fəal iş aparmağa çağırmışdır. Problemlərə də toxunan nazir, idman məktəblərinin 90 faizinin hələ də öz bazasının olmadığını, peşəkar kadrlara ehtiyac duyulduğunu, nazirliyin yerlərdəki Baş idarələrində texniki təchizatın zəif olduğunu bildirmişdir. Gənclərin milli dövlət quruculuğunda fəal iştirakını, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasını, məşğulluğunu və mənzillə təmin edilməsini, habelə gənc sahibkarlara kömək göstərilməsini mövcud problemlər sırasında qeyd edən nazir bu məsələlərin həlli üçün ən yaxın vaxtlarda əməli işlərin görülməsinin vacibliyini nəzərə çarpdırmışdır.
Daha sonra Baş idarə rəhbərləri ilə mövcud problemlər və onların həlli istiqamətində fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]