Gənclərin “Ətraf mühit üçün təkrar istifadə” yay düşərgəsi təşkil olunacaqdır
Bakı, 20 iyul (AZƏRTAC). “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi (İB) gənclərin “Ətraf mühit üçün təkrar istifadə” yay düşərgəsini təşkil edəcəkdir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, gənclərin yay düşərgəsi IDEA Kampaniyası, Göyçay Rayon İcra Hakimiyyəti, “İrəli” İctimai Birliyi, “USA Education” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin dəstəyi ilə həyata keçiriləcəkdir.
Məqsəd gəncləri yaşadıqları şəhərin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, o cümlədən gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər verməkdir.
Yay düşərgəsində müsabiqə yolu ilə seçilmiş 30 gənc üçün təmiz ekologiya, tullantısız ətraf mühit və sağlam həyat tərzi üzrə təlimlər keçiriləcəkdir. Bundan əlavə, gənclərə plastik materialların ətraf mühit üçün yaratdığı təhlükələrlə bağlı biliklər veriləcəkdir.
Sonda iştirakçılar Bakının Xəzər rayonunun Qala qəsəbəsindəki ekoparkda ARDNŞ-in ekoloji layihələri ilə tanış olacaq, habelə buradakı alternativ enerji və digər müasir texnologiyalar haqqında məlumatlar əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]