GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİNDƏ VƏ BAKI ŞƏHƏR ÇEMPİONATINDA 92 İDMANÇI MÜBARİZƏ APARIR
AZƏRTAC xəbər verir ki, Olimpiya İdman Kompleksində gimnastika üzrə 15-ci Azərbaycan birinciliyinə və Bakı şəhər çempionatına start verilmişdir.
Azərbaycan Gimnastika Federasiyasının, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil etdiyi yarışlarda 92 idmançı mübarizə aparır. Üç gün davam edəcək yarışlarda 1993-1995, 1996, 1997-1998 və 1999-2001-ci illər təvəllüdlü idmançılar qatılmışlar.
İlk günün nəticələrinə görə, 1999-2001-ci il təvvəllüdlü idmançılar arasında qaliblər məlum olmuşdur. Bu yaş qrupunda Cənnət Məmmədova birinci yerə çıxmışdır. Mehbarə Muradova 2-ci və Emiliya Bağırova isə 3-cü olmuşdur.
Qeyd edək ki, yarışın qalibləri noyabrın 16-da mükafatlandırılacaqlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]

