Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gömrük Akademiyasında “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bakı, 26 may, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşlər nəzərdə tutan “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində bir qrup jurnalistlə tələbələrin növbəti onlayn görüşünü təşkil edib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə II Qarabağ müharibəsinin iştirakçısı olan media nümayəndələri - ARB TV-nin əməkdaşı Mail Əsgərov, Oxu.az xəbər portalının müxbiri Aqşin Kərimov, habelə II Qarabağ müharibəsinin iştirakçısı, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş İdarəsinin Biləsuvar postunun inspektoru, baş leytenant Vasif Əliyev, həmçinin akademiyanın rəhbərliyi, əməkdaş və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Akademiya tərəfindən artıq ikinci belə bir görüşün təşkil olunduğunu deyən Qulu Novruzov sözügedən layihənin və görüşün mahiyyətindən söz açıb. Media nümayəndələri tərəfindən Qarabağ həqiqətlərinin, Vətən müharibəsinin gerçəkliklərinin yayılmasının vacib olduğuna diqqət çəkən akademiya rəisi, bununla yanaşı, gənclərin milli ruhda böyüməsinin, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə sevgi hissi ilə tərbiyə olunmasının zəruri olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycanın inkişafı, gələcək tərəqqisi, ölkəmizin dünya birliyində daha da güclü, özünə layiq yer tutması üçün bu Qələbənin əhəmiyyətini vurğulayan Qulu Novruzov Azərbaycanın illər ərzində 20 faiz ərazisinin işğal altında olmasına və ayır-ayrı güclərin ədalətsiz, qərəzli münasibətinə baxmayaraq, kifayət qədər ciddi bir inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Azərbaycan xalqının Qarabağın işğalı ilə heç zaman barışmadığını və bu yükü öz üzərindən götürmək üçün hazır olduğunu deyən akademiya rəisi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti ilə rəşadətli Azərbaycan Ordusunun tarixi missiyanın öhdəsindən uğurla gəldiyini vurğulayıb. O, bu missiyanın yerinə yetirilməsində Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan gəncliyinin öz sözünü dediyini, gənclərin bütövlükdə həm milli birliyin, həm döyüş ruhunun təmin olunmasında mühüm rol oynadığını bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində misilsiz xidmətlərinə toxunaraq, eyni zamanda, bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf və siyasi kurs strategiyası nəticəsində Azərbaycanın nəinki regionda, həm də dünyada söz sahibi olan ölkələrdən birinə çevrildiyini vurğulayıb.

II Qarabağ müharibəsinin iştirakçısı, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş İdarəsinin Biləsuvar postunun inspektoru, baş leytenant Vasif Əliyev hər bir Azərbaycan vətəndaşı kimi Vətənə olan borcunu ödəmək üçün cəbhəyə yollandığını bildirib. 2020-ci il sentyabr ayının 27-dən Füzuli istiqamətində ön xəttə vuruşaraq, ağır yaralanan qazi-gömrükçü öz döyüş yolu haqqında məlumat verib. Vasif Əliyev bildirib ki, hər bir vətəndaş kimi o da Vətənə öz borcunu verməkdən qürur duyur. O, tələbələrə gələcəkdə akademik səviyyədə təhsillərini davam etdirib yaxşı peşəkar mütəxəssis kimi fəaliyyət göstərməyi arzulayıb.

II Qarabağ müharibəsinin iştirakçısı, ARB TV-nin əməkdaşı Mail Əsgərov 44 günlük Vətən müharibəsində dövlət-xalq birliyindən danışaraq Azərbaycanda yaşayan bütün etnik qrupların kimliyindən, peşəsindən asılı olmayaraq, hamının cəbhədə çiyin-çiyinə döyüşdüyünü bildirib. Öz döyüş yolundan danışan jurnalist qazanılan Qələbənin dəmir yumruq kimi birləşərək, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla əldə olunduğunu vurğulayıb. O, Gömrük Akademiyasının tələbələrinə gələcəkdə Azərbaycan iqtisadiyyatının güclənməsinə, dünyada tanınmasına, ölkəmizin xeyrinə maraqlarını müdafiə edəcək işlərin görülməsində iştiraka səsləyib.

II Qarabağ müharibəsinin iştirakçısı Oxu.az xəbər portalının müxbiri Aqşin Kərimov da öz döyüş yolundan danışıb. 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının üzərinə ümumi bir missiya qoyduğunu deyən jurnalist bu missiyanı cəmiyyətin bütün nümayəndələrinin birgə yerinə yetirdiyini qeyd edib. Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordunun gücünün bu amalın özünü doğrultması üçün çox böyük önəm kəsb etdiyini bildirib. Aqşin Kərimov 30 illik nisgilin Qələbə sevinci ilə əvəzlənməsində əsgər olaraq öz iştirakından məmnunluq duyduğunu bildirib. Gömrük Akademiyasının tələbələrinə gələcəyin yüksəkixtisaslı mütəxəssisləri olmalarını arzulayıb.

Tədbirdə iştirak edən media nümayəndələri akademiya rəhbərliyinə layihə çərçivəsində qazi jurnalistlərlə görüşlərin keçirilməsinə görə minnətdarlıq ifadə ediblər. Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələrin vacibliyi qeyd olunub.

Sonda çıxış edən akademiya tələbələri tədbirin təşkilinə görə təşəkkür edərək, şəhidlərin ruhu qarşısında gəncliyin böyük bir mənəvi borcu olduğunu vurğulayıblar.

Qeyd edək ki, akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşan “Vətən mənə oğul desə...” adlı layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənə məhəbbət, torpağa, dövlətinə xidmətin aşılanması məqsədilə Gömrük Akademiyasının tələbələrinin I Qarabağ müharibəsində, həmçinin II Qarabağ müharibəsində 44 günlük döyüşlərdə iştirak etmiş, qələmini silaha çevirərək döyüşmüş jurnalistlərlə, o cümlədən gömrük xidməti əməkdaşları ilə silsilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir