İDMAN
“GÖMRÜKÇÜ”NÜN UEFA KUBOKU UĞRUNDA YARIŞLARDAKI RƏQİBLƏRİ BƏLLİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 6-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında 19 yaşlılardan ibarət qadın komandaları arasında UEFA kuboku turnirinin püşkatma mərasimi keçirilmişdir.
Turnirdə respublikamızı təmsil edəcək üçqat Azərbaycan çempionu “Gömrükçü” komandası püşkün nəticələrinə əsasən, “Budapeşt” (Macarıstan), “Sofiya” (Bolqarıstan), “Narta” (Moldova) klublarının da daxil olduğu B qrupunda mübarizə aparacaqdır.
Bu qrupun qalibi ikinci mərhələnin B qrupunda yarışan Danimarkanın “Brondbü” və İngiltərənin “Arsenal” komandaları ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [15:30]
Çingiz Hüseynzadə: Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir
- 01.05.2024 [14:10]
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
- 01.05.2024 [13:51]
“Sərhədçi”nin baş məşqçisi: Çempion olmaq istəyirik və buna köklənmişik
- 01.05.2024 [11:35]