GORANBOYDA HEYDƏR ƏLİYEVİN XATİRƏ MUZEYİ YARADILIR
Hər gəlişi ilə rayon sakinlərinin qəlbində silinməz izlər qoymuş ulu öndər Heydər Əliyevin adı goranboylulara doğma və əzizdir. İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qədirbilən rayon sakinləri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan bu dahi şəxsiyyətlə keçirdikləri görüşləri əbədiləşdirmək məqsədi ilə ulu öndərin Xatirə muzeyini yaratmaq qərarına gəlmişlər.
Rayon mərkəzində ucaldılan binada son tamamlama işləri görülür. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinə dair sənədlərlə yanaşı, onun Goranboyda keçirdiyi görüşləri əks etdirən fotoşəkillər də nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]