Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli botanik-alim Validə Tutayuq Azərbaycanda bitki anatomiyasının əsasını qoyub

Görkəmli botanik-alim Validə Tutayuq Azərbaycanda bitki anatomiyasının əsasını qoyub

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-ü Azərbaycanda bitki anatomiyasının əsasını qoyan, biologiya sahəsində elmlər doktoru elmi dərəcəsini almış ilk azərbaycanlı qadın Validə Tutayuqun doğum günüdür. Akademik Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr verib və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərib. O, morfoloji-anatomik tədqiqatlarla dünyanın nadir təbiət abidəsi hesab olunan Talışın relikt ağaclarının Abşeron şəraitində introduksiya edilməsini elmi əsaslarla sübut edib. Onun rəhbərliyi ilə respublikanın kənd təsərrüfatı əhəmiyyətinə malik otlaqları üçün geobotaniki xəritələr, aqrokimyəvi kartoqramlar tərtib edilib.

AZƏRTAC görkəmli botanik-alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Validə Xaspolad qızı Tutayuq 1914-cü il sentyabrın 23-də Şuşa şəhərində anadan olub. O, 1934-cü ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) meyvə-tərəvəzçilik fakültəsini bitirib. 1939-cu ildə namizədlik, 1949-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) müxbir üzvü, 1969-cu ildə isə həqiqi üzvü seçilib. 1939-1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasının müdiri, 1954-1957-ci illərdə isə direktorun elmi işlər üzrə müavini olub. 1957-1962-ci illərdə Azərbaycan EA-nın V.Komarov adına Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb. 1958-1974-cü illərdə bu institutda laboratoriyaya rəhbərlik edib. 1962-1980-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda Botanika və seleksiya kafedrasının müdiri olub.

O, biologiya elminin inkişafı tarixində böyük xidmətlər göstərmiş çoxprofilli biliyə malik alim olub, anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoyub. V.Tutayuqun elmi fəaliyyəti əsas etibarilə iki istiqamətdə inkişaf edib. O, genişprofilli morfoloq və dendroloq bəzək bağçılığı və yaşıllaşdırma sahəsində mütəxəssis kimi tanınıb. Alimin müxtəlif örtülütoxumlularda çiçəyin normal və qeyri-normal quruluşunu öyrənmək sahəsində tədqiqatların nəticəsi olan “Çoxləçəkli çiçəklərin quruluşu” monoqrafiyası (1960) çiçəyin mənşəyinin öyrənilməsində bir sıra prinsipial nəzəri məsələlərin aydınlaşdırılmasında mühüm rol oynayıb. Bu tədqiqatların nəzəri əhəmiyyəti ilə yanaşı, mühüm təcrübi əhəmiyyəti də var. Çoxləçəkliliyin əmələ gəlməsi qanunauyğunluqlarını bilmək seleksiya və bəzən bağçılıqda yeni çoxləçəkli çiçək formalarının alınmasına imkan verir. Bu sahədə aparılan tədqiqatların nəzəri təhlili “Örtülütoxumluların mənşəyinə dair” (1965) və “Çiçəyin teratologiyası” (1969) monoqrafiyalarında əksini tapıb. Onun “Bitki anatomiyası və morfologiyası” (1958, 1967), “Bitki anatomiyası və fiziologiyası” (1960) dərs vəsaitlərindən indi də istifadə edilir.

Validə xanımın elmi fəaliyyətinin ən məhsuldar vaxtı 1957-1962-ci illərdə Botanika İnstitutuna rəhbərlik etdiyi dövr olub. O, “Azərbaycan florasının” yeddinci və səkkizinci cildlərini üç il müddətində tamamlayıb. Bununla yanaşı, digər alimlərlə birlikdə həmmüəllif olduğu “Azərbaycanın ağac və kolları” kitabı iki cilddə çap edilib. Görkəmli alim “Qafqazın dendrologiyası” çoxcildliyinin beşinci və altıncı cildlərini yazan müəlliflərdən biridir. Bu müddətdə V.Tutayuq Nəbatat bağının kolleksiyasının zənginləşməsində böyük xidmət göstərib. Alim 130 elmi əsərin, o cümlədən dörd dərslik və altı monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında iyirmidən çox elmlər namizədi və üç elmlər doktoru hazırlanıb. V.Tutayuq dəfələrlə Gəncə və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin deputatı olub. O, iyirmi birinci, iyirmi ikinci qurultaylarda Azərbaycan KP MK-nın üzvü seçilib.

Görkəmli alim bir sıra orden və medallarla, respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla təltif edilib, “Əməkdar elm xadimi” fəxri adına (1974) layiq görülüb.

Validə Tutayuq 1980-ci il noyabrın 12-də vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Qarabağ səfəri zəngin proqramı və mühüm hadisələrlə yadda qaldı ŞƏRH

Azərbaycan Hava Yollarının heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı kitab sərgisi açılıb

Yaroslavlda Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Praqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert təşkil edilib

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

İsveçin Höteborq şəhərində Azərbaycan Müstəqillik Günü qeyd edilib

Uşaqlara dəstək: “Əlini mənə ver, dostum” adlı xeyriyyə sərgisi

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"

Qazaxıstanın Aktau şəhərində robot itlər ictimai məkanlarda patrul xidməti aparır

Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək

Praqada Faiq Sücəddinovun yaradıcılıq axşamı

Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən sürücülərə müraciət edib

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ

Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi: “Balaca şahzadə”

FHN: Vətəndaşlara fövqəladə hallarda düzgün davranış qaydaları izah olunub

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

Bu saata olan əsas xəbərlər

Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür

Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub

“Sabah” nigeriyalı futbolçu ilə yollarını ayırıb

Şahdağa qar yağıb - Faktiki hava

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər

Yaponiyada gözlənilən hava şəraiti ilə əlaqədar 300-ə yaxın uçuş təxirə salınıb

ÜST: Tütün hər il 7 milyondan çox insanın ölümünə səbəb olur

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

ABŞ, Böyük Britaniya və Avstraliya sualtı dron texnologiyasını inkişaf etdirəcək

İsrail Livana növbəti dəfə zərbə endirib, 9 suriyalı qaçqın ölüb

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

ABŞ Prezidenti: İstədiyimizə nail oluruq

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var – YENİLƏNİB 2

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

NASA: ABŞ-nin üzərində meteorit partlayışının gücü 300 ton trotil gücünə bərabər olub

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

Sabah Moskvada gözlənilən hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb VİDEO

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb VİDEO

Media: “Hizbullah” İsrailin şimalına hava zərbələri endirib

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib VİDEO

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib VİDEO

Volfqanq Kubitski Almaniyanın Azad Demokratlar Partiyasının sədri seçilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Naxçıvanda “Şam işığında retro” adlı gecə

Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb - RƏY

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisi başlayıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollar olub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq

Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub