ELM VƏ TƏHSİL
GÖRKƏMLİ PEDAQOQA HƏSR OLUNMUŞ YIĞINCAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Dillər Universitetinin Heydər Əliyev muzey-lektoriyasında Təhsil Şurası pedoqoji elm və pedoqoji proses komissiyasının universitetin professoru Fikrət Seyidovun yaradıcılığına həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncağı Təhsil Şurasının sədri, professor Əjdər Ağayev açmışdır. Müəllimlər İnstitutu Salyan filialının rektoru Allahverdi İmanov “Professor Fikrət Seyidovun elmi-pedoqoji yaradıcılığı” mövzusunda məruzə edərək demişdir ki, alimin “ Qori Müəllimlər Seminariyası” kitabı Azərbaycanda pedaqogikanın tarixi ilə bağlı ən sanballı tədqiqat əsəridir.
Sonra professorlar Xeyrulla Məmmədov, Fərahim Sadıqov, Nurəddin Kazımov, Əbdül Əlizadə və başqaları çıxış edərək F.Seyidovun keçdiyi ömür yolundan, pedoqogika elminə verdiyi töhfədən söz açmışlar.