GÖRKƏMLİ SƏNƏTKARIN İLDÖNÜMÜ QEYD OLUNACAQDIR
Martın 20-si XX əsr Azərbaycan ədəbiyyatında və mədəniyyətində əvəzsiz xidmətlər göstərmiş görkəmli ədibimiz Cəfər Cabbarlının anadan olduğu gündür. Bu münasibətlə onun ev muzeyində böyük sənətkarın 104-cü ildönümünə həsr edilmiş “Bahar oğlu” adlı tədbir keçiriləcəkdir.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, tədbirdən qabaq muzeyin əməkdaşları və dramaturqun ailə üzvləri Fəxri xiyabana gedərək C.Cabbarlının məzarını ziyarət edəcəklər.
Tanınmış ədəbiyyatçıların və mədəniyyət işçilərinin də iştirak edəcəyi tədbirdə yubilyarın yaradıcılığından, şəxsiyyətindən, əsərlərinin sənətkarlıq məziyyətlərindən ətraflı söhbət açılacaq, yazıçı ilə bağlı xatirələr söyləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]