GÖYÇAYDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ EHTİRAMLA ANILMIŞDIR
Göyçay, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də minlərlə göyçaylı Qanlı Yanvar faciəsı zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların əziz xatirəsini ehtiramla yad etmişdir.
Həmin gün rayonda dövlət bayrağı endirilmişdir.
Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər və şagirdlər Şəhidlər xiyabanına toplaşaraq Vətənimizin azadlığı yolunda qurban gedən göyçaylıların məzarları üzərinə gül dəstələri düzmüş, şəhidlərin ruhu qarşısında baş əymişlər.
Gün ərzində xiyabanda aramsız olaraq həzin musiqi səsləndirilmiş, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların müqəddəs ruhuna dualar oxunmuşdur.
Toplantıda şəhidlərin keçdikləri şərəfli yoldan söhbət açılmış, faciənin əsl mahiyyəti bir daha xatırladılmışdır. Bildirilmişdir ki, o qanlı şənbə gecəsində düşmən gülləsinə tuş gələnlərin içərisində 2 göyçaylı - Mehman Muradov və Rauf İsayev də şəhidlik zirvəsinə ucalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]