Göyçayda narkotik tərkibli bitki becərən şəxs saxlanılıb
Bakı, 22 aprel, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Kürdəmiş kəndində narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxs saxlanılıb. Kürdəmiş kənd sakini Orxan Kərimova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. O.Kərimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]