Göyçayda soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Göyçay, 2 aprel (AZƏRTAC). 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Göyçayda anım tədbiri keçirilmişdir. Rayon icra Hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, gənclər və məktəblilər Şəhidlər xiyabanını ziyarət etmiş, “Azərbaycanlıların soyqırımı” abidə kompleksi önünə əklil və gül dəstələri düzmüş, şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Kompleksin qarşısında keçirilən toplantıda çıxış edənlər “Böyük Ermənistan” yaratmaq xülyasına düşən bədnam qonşularımız tərəfindən 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Kürdəmirdə, Lənkəranda törədilmiş qırğınlardan, soyqırımı qurbanlarının başına gətirilmiş müsibətlərdən söz açmış, bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə olunmasının vacibliyini qeyd etmişlər. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev mart soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da Fərman imzalamaqla günahsız qətlə yetirilmiş minlərlə azərbaycanlının əziz xatirəsinin, qan yaddaşımızın unudulmasına imkan verməmişdir. Bununla da həm də ermənilər beynəlxalq aləmdə ifşa olunmağa başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]