Göyçayda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib
Göyçay, 9 yanvar, AZƏRTAC
Göyçay Rayon İcra Hakimiyyətində Vətən müharibəsinin könüllü iştirakçılarının və qazilərin bir qrupu ilə növbəti görüş keçirilib. İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüş iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən igid göyçaylı gənclərin məzarları üzərinə tər çiçəklər düzüblər.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan əsgərinin rəşadətindən danışılıb. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın hərbçilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan söz açılıb.
Vətən müharibəsinin iştirakçıları Babək Ömərov, Nəsib Həbibov, İkram Şükürov çıxış edərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə döyüşçülərin qayğıları ilə maraqlanılıb, odlu-alovlu cəbhə yollarından keçən gənclərə təşəkkürnamələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:43]
Naxçıvan idmançıları ölkə birinciliyində 27 medal qazanıblar
- 18.06.2026 [17:40]
Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
- 18.06.2026 [17:33]
GDU-da keçirilən bilik yarışında “Elm yolçuları” birinci oldu
- 18.06.2026 [16:55]