Göygöldə reallaşdırılan “Ekodüşərgə” layihəsi maraqla qarşılanmışdır
Göygöl, 28 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Təbiətin Dostları” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Göygöl rayonunun Toğana kəndində “Ekodüşərgə” layihəsi həyata keçirilmişdir.
Ekologiya sahəsində təcrübəsi olan gənclərin iştirakı etdiyi layihə əsasən 3 mərhələdən - təlim, “ekodüşərgə” və “beloaksiya”dan ibarət olmuşdur. Təlimlərdə ekoloji problemlər, ekoloji menecment, biomüxtəliflik, ətraf mühitin qorunması üsulları və s mövzularda ekspertlərin mühazirələri dinlənilmişdir.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi gənc ekoloqlar, ətraf mühitin mühazirəçiləri, eləcə də təbiətin dostları ilə ətraf mühiti necə sevmək və sevdirmək barədə müzakirələr aparmaq, bu sahədə praktik məşğələlər keçirməkdir.
Layihənin dördüncü günü, oktyabrın 28-də Gəncədə “beloaksiya” təşkil olunmuşdur. İştirakçılar velosiped sürməklə bağlı yerli stereotiplərin qurulması və yol təhlükəsizlik qaydalarına həsr olunan maarifləndirici seminarda iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]