Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

Göygöl, 25 avqust, AZƏRTAC

Göygöl rayonunun Nadil kəndində müasir texnologiyaların tətbiqi ilə yeni intensiv meyvə bağı salınıb. Fermer Elmar Abbasova məxsus 66 hektar ərazini əhatə edən təsərrüfatda yüksək məhsuldarlığa və keyfiyyətli məhsul istehsalına hesablanmış aqrotexniki tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatda şaftalının Qardetta, Osirus, Kontessa və Qartaryo sortları, həmçinin Zodiak sortlu nektarin ağacları əkilib. Bağın salınmasında məhsuldarlıqla yanaşı, sortların təsərrüfatın yerləşdiyi ərazinin iqlim və torpaq xüsusiyyətlərinə uyğunluğu, eləcə də bazarın tələbatı nəzərə alınıb.

Azərbaycan kənd təsərrüfatının qarşısında duran əsas hədəflərdən biri müasir texnologiyaların tətbiqi, məhsuldarlığın yüksəldilməsi, su ehtiyatlarından səmərəli istifadə və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsidir. Bu baxımdan Nadil kəndində yaradılan intensiv meyvə bağı regionda müasir meyvəçiliyin inkişafına yönəlmiş təşəbbüslərdən biri kimi diqqət çəkir.

“Bağın əsas üstünlüklərindən biri müasir damcı suvarma sistemi ilə təchiz edilməsidir. Sistem suyun birbaşa ağacların kök zonasına çatdırılmasına imkan verir. Bu isə suvarma prosesinin daha səmərəli təşkilinə, su itkisinin azaldılmasına və bitkilərin tələb etdiyi su təminatının vaxtında həyata keçirilməsinə şərait yaradır,” - deyə bağın kənd təsərrüfatı mütəxəssisi Orxan Yusubov bildirib.

Təsərrüfatda ağacların becərilməsi zamanı müasir aqrotexniki qaydalara əməl olunur. Suvarma, qidalanma, bitkilərin mühafizəsi, torpağa qulluq və digər tədbirlər bağın inkişaf mərhələsinə uyğun şəkildə həyata keçirilir. Görülən işlərin əsas məqsədi ağacların sağlam inkişafını təmin etmək və gələcəkdə yüksək məhsuldarlığa nail olmaqdır.

Orxan Yusubovun sözlərinə görə, intensiv bağçılıqda uğurun əsas şərtlərindən biri ilkin mərhələdə düzgün planlaşdırmadır. Bağın salınmasından tutmuş sort seçiminə, suvarma sisteminin qurulmasına və aqrotexniki qulluq tədbirlərinə qədər bütün proseslər bir-biri ilə əlaqəli şəkildə təşkil edilməlidir.

Təsərrüfatın diqqətçəkən istiqamətlərindən biri də burada yaradılan tingçilik sahəsidir. Bağçılığın davamlı inkişafı üçün keyfiyyətli əkin materialının əhəmiyyətini nəzərə alan təsərrüfatda alma, heyva, şaftalı və gilas tingləri yetişdirilir.

Tinglərin yetişdirilməsi yalnız təsərrüfatın öz ehtiyaclarının qarşılanmasına xidmət etmir. Burada istehsal olunan tinglər həm Göygöl rayonunda, həm də Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən meyvəçilik təsərrüfatlarına təqdim olunacaq. Beləliklə, təsərrüfat bir tərəfdən meyvə istehsalını həyata keçirir, digər tərəfdən isə yeni bağların salınması üçün əkin materialı formalaşdırır.

Göygöldə yaradılan bu təsərrüfat kənd yerlərində məşğulluğun artırılmasına da töhfə verir. Hazırda burada 12 nəfər daimi işlə təmin olunub. Mövsümi aqrotexniki və digər işlərin həyata keçirilməsi zamanı isə əlavə işçi qüvvəsi cəlb edilir.

O.Yusubov deyib ki, təsərrüfatın gələcəkdə genişləndirilməsi və istehsal imkanlarının artırılması istiqamətində işlərin davam etdirilməsini planlaşdırılır. Bağın məhsuldarlıq dövrünə daxil olması ilə həm istehsal həcminin, həm də təsərrüfatın iqtisadi səmərəliliyinin yüksələcəyi gözlənilir.

Kənd təsərrüfatının inkişafında intensiv bağçılığın əhəmiyyəti son illərdə daha da artır. Ənənəvi bağlardan fərqli olaraq, intensiv təsərrüfatlarda əkin sıxlığının, suvarmanın, bitki qidalanmasının və digər aqrotexniki tədbirlərin daha dəqiq idarə olunması məhsuldarlığın artırılması üçün əlavə imkanlar yaradır.

Bu yanaşma kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında qarşıya qoyulan hədəflərlə də uzlaşır. Sənəddə aqrar sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın və səmərəliliyin artırılması, su ehtiyatlarından daha effektiv istifadə və kənd təsərrüfatı istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Nadil kəndindəki 66 hektarlıq intensiv bağ hazırda gələcək məhsulun əsasını formalaşdırır. Burada əkilən hər bir ağac, yetişdirilən hər bir ting və tətbiq olunan hər bir müasir texnologiya Azərbaycanın meyvəçilik təsərrüfatlarının yeni mərhələsinə doğru atılan addımlardan biri kimi qiymətləndirilə bilər.

Müxbir - Elcan Məmmədov

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb