GUAM-ın Kiyevdəki Katibliyində turizm üzrə İşçi qrupunun növbəti iclası olmuşdur
Kiyev, 10 fevral (AZƏRTAC). GUAM-ın Kiyevdəki Katibliyindən AZƏRTAC-a bildirmişlər ki, qurumun iqamətgahında GUAM dövlətlərinin turizm administrasiyalarının, turoperatorlarının və Katibliyinin nümayəndələrinin iştirakı ilə turizm üzrə İşçi qrupunun 13-cü iclası (videokonfrans vasitəsilə) keçirilmişdir.
İclas iştirakçıları Yaponiya KİV-lərinin nümayəndələri üçün mətbuat turunun keçirilməsinə hazırlığın cari vəziyyətini müzakirə edərək onun tarixini və marşrutunu razılaşdırmışlar. Tərəflər mətbuat turu ilə bağlı məsələləri nəzarətdə saxlamaq üçün GUAM dövlətlərinin turizm administrasiyalarından məsul nümayəndələr müəyyən etmiş və mətbuat turunun dəqiqləşdirilmiş proqramını hazırlayaraq GUAM-ın Katibliyinə göndərmək barədə razılığa gəlmişlər.
İştirakçılar turizm üzrə İşçi qrupunun növbəti iclasını mətbuat turuna qədər Kiyevdə GUAM-ın Katibliyində keçirmək qərarına gəlmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]