Güclü dolu Gürcüstanın Kaxeti bölgəsinə ciddi ziyan vurmuşdur
Tbilisi, 31 iyul (AZƏRTAC). Güclü dolu Gürcüstanın Azərbaycan ilə həmsərhəd olan Kaxeti bölgəsinin Gürcaani və Laqodexi rayonlarında ciddi fəsadlar törətmişdir.
Gürcaani Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, güclü qasırğa ilə müşayiət olunan dolu 400 hektar sahədə üzüm və meyvə bağlarını, bostanları məhv etmişdir.
Laqodexi rayonunda isə təqribən 20 dəqiqə ərzində yağan dolu üç kəndin əkin sahələrinə ciddi ziyan vurmuşdur.
Hər iki rayona dəyən zərərin miqyasını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradıldığı bildirilir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]