GÜCLÜ KÜLƏKLƏR NORMANDİYANI İFLİC VƏZİYYƏTİNƏ SALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, güclü küləklər Fransanın Bas-Normandiya rayonunu iflic vəziyyətinə salmış,15 mindən artıq ev elektrik enerjisindən məhrum olmuşdur. Bir neçə saat davam etmiş küləklər Manş və Kalvados departamentlərində yolların kənarlarındakı ağacları kökündən qoparmış və elektrik xətlərini sıradan çıxarmışdır. Dağıntılara baxmayaraq, yerli əhali arasında xəsarət alan olmamışdır.
Qasırğanın sürəti saatda 115 kilometrə çatmışdır.
Ölkənin Avr və Onflör şəhərlərini birləşdirən Normandiya körpüsündə nəqliyyatın hərəkəti bir neçə saatlığa dayandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]