Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Gül dəftəri”nin UNESCO-nun reyestrinə daxil edilməsi münasibətilə tədbir keçirilib

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi münasibəti ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində qəbulunun əlamətdar hadisə olduğunu qeyd edib. Ölkəmiz üçün önəmli olan bu hadisəni bədxah qonşularımızın haqsız ərazi iddialarına tutarlı bir cavab olduğunu vurğulayıb. Bildirib ki, Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində Azərbaycan əlyazması kimi qiymətləndirilməsi Qarabağın Azərbaycan torpağı olmasının növbəti təkzibolunmaz sübutudur. Alim əlyazma nüsxəsinin Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında cəbhədə əldə olunan möhtəşəm qələbənin beynəlxalq aləmdə inikası və Birinci vitse-prezident Mehriban Əliyevanın elm və mədəniyyət sahəsində gördüyü işlərin mühüm nəticələrindən biri olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Emil Əhmədov ölkəmizin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılması və digər ölkələr tərəfindən özününküləşdirmə cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrində sənədli irsimizə dair nominasiyaların təqdimatının böyük əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə aparılan fəaliyyətin mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə AMEA-nın nəzdində UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə yaradıldığını vurğulayıb. Bildirib ki, bu günə qədər 2 sənədli irsimiz - “Tibb və əczaçılığa dair orta əsr əlyazmaları” (2005-ci il) və “Məhəmməd Füzulinin “Divanı”nın əlyazma nüsxəsi” (2017-ci il) Dünya Yaddaşı Reyestrinə daxil edilib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxışında Ulu Öndərin 100 illiyində Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə salınmasının əlamətdar bir hadisə olduğunu qeyd edib. Bildirib ki, Xurşidbanu Natəvan Qarabağda yaşayıb-yaratsa da, təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edən ictimai xadim olub. Alimin sözlərinə görə, “Gül dəftəri” şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olması və ümumilikdə sənət əsərlərimizin dünya səviyyəsində qəbul olunması bizim uğurumuz, zəngin mədəniyyətimizin sübutu, mənfur düşmənlərin yersiz iddialarına bir cavabdır.

İnstitutun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, “Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu” nominasiyasını beynəlxalq komissiya qarşısında təqdim edən, tarix üzrə fəlsəfə doktoru dosent Nigar Babaxanova çıxışında bu işə 2019-cu ilin sonlarından Əlyazmalar İnstitutunda yaradılmış işçi qrupun tərkibində başladığını qeyd edib. Bildirib ki, Əlyazmalar İnstitutunun baş direktorunun rəhbərliyi ilə xüsusi komissiya yaradılıb və müvafiq sənədləşmələrdən sonra UNESCO-ya nominasiya üçün müraciət edilib. 2019-cu ildən 2023-cü ilə qədər davam edən prosesdə onlarla onlayn təlimlərə qoşulduqlarını, bir sıra çətinliklərlə qarşılaşdıqlarını qeyd edən alim bu əlamətdar hadisənin həyata keçirilməsinə nail olduğunu söyləyib, toplunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmasının həm də Azərbaycan qadınının qələbəsi olduğunu vurğulayıb.

İnstitutun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov çıxışında qeyd edib ki, bu hadisə təkcə Əlyazmalar İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının deyil, həm də bütün Azərbaycanın uğuru və nailiyyətidir, çünki Xurşidbanu Natəvanın bu əsəri vahid Azərbaycan incəsənətini və bütöv bir epoxanı özündə əks etdirir.

Daha sonra tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş olunan Xurşidbanu Natəvanın rəsm əsərlərindən və 2005-2023-cü illər ərzində UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilmiş əlyazma nüsxələrindən ibarət sərgi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatı olub

Yunanıstan adalarında turizmə məhdudiyyətlər tətbiq olunacaq

® “Unibank” beynəlxalq fonddan 20 milyon dollar həcmində kredit cəlb edib

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır

Oğuzda sənət və yaradıcılıq bayramı - Gənc Sənətkarlar Festivalı

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişin tətbiqinə başlanılıb

Cəbrayılda növbəti sağlamlıq aksiyası zamanı 120 nəfər müayinə olunub

Türk ekspert: Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasını Azərbaycan-Türkiyə tandemi formalaşdırır

Qızılın qiyməti 6000 dollara yüksələ bilər - PROQNOZ

Avropa çempionatında ilk dəfə finala yüksələn parataekvondoçu: Qızıl medala cəmi 1,18 saniyə qalmışdı

Baş direktor: Ölkəmizdə narkotik vasitələrdən asılılıqla bağlı vəziyyət nəzarət altındadır

AQTA: Heyvan kəsimi zamanı sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır

“Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı: Xan qızı Natəvanın sarayı önündə Azərbaycan bəstəkarlarının əsərləri səslənib

WUF13-ə həsr olunmuş “Urban Future - Gələcəyin şəhərləri” kitabı təqdim edilib

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Revanşizm siyasəti Ermənistanı yeni risklərə sürükləyir ŞƏRH

Akademik Rasim Əliquliyev: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellekt olmadan mümkün deyil

Nazir müavini: Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir

Qazaxıstan və Özbəkistan liderləri Türküstanda yeni məscidi ziyarət ediblər

WUF13 Azərbaycanın beynəlxalq diplomatik şəbəkəsinin genişlənməsi üçün mühüm platformadır

Azərbaycanın təşəbbüsləri fonunda Türk Dövlətləri Təşkilatı yeni inkişaf mərhələsində TƏHLİL

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

BMT rəsmisi Azərbaycanın müasir inkişaf modelini yüksək qiymətləndirib

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib VİDEO

Bu ilin dörd ayında pensiyalara yönəldilən vəsait açıqlanıb

Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb

Bakı WUF13-də zəngin şəhərsalma təcrübəsini dünyaya təqdim edəcək VİDEO

Bakı WUF13-də zəngin şəhərsalma təcrübəsini dünyaya təqdim edəcək VİDEO

Mayın 15-i Beynəlxalq Ailə Günüdür

Gürcü ekspert: Azərbaycan regionda sülhün müəllifi və əsas təşəbbüskarı kimi çıxış edir

ADPU-nun Quba filialında “Keyfiyyət elçiləri” ilə görüş: təkliflər və perspektivlər

“Gələcəyin müəllimi” musiqi müsabiqəsinin qalibləri mükafatlandırlıb

TDT-nin Baş katibi: Qəbələ Zirvə görüşünün qərarları ilə bağlı kollektiv öhdəliklər Türküstanda bir daha təsdiqlənəcək

BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir

Daşkənddə azərbaycanlı alimlə görüş: elmi əməkdaşlıqda yeni mərhələ

“Turan” Etno-Folk Ansamblı “Xarıbülbül” musiqi festivalında çıxış edib

Media: Latviya və Litva Hörmüz boğazındakı missiyada iştiraka hazırdır

Təhsil və şəhərsalma: yeni çağırışlar

Sadiq Qurbanov: WUF13-ün Bakıda keçirilməsi Azərbaycana beynəlxalq etimadın göstəricisidir VİDEO

Sadiq Qurbanov: WUF13-ün Bakıda keçirilməsi Azərbaycana beynəlxalq etimadın göstəricisidir VİDEO

Azərbaycan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini uğurla həyata keçirməyə qadirdir – Anar İsgəndərov VİDEO

Azərbaycan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini uğurla həyata keçirməyə qadirdir – Anar İsgəndərov VİDEO

Dastan Ospanov: Azərbaycan və Qazaxıstan yeni “Made in OTS” təşəbbüsünün istifadəyə verilməsini müzakirə edir

ABŞ Prezidentinin Çinə səfəri başa çatıb

WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq

Hücuma məruz qalan Kiyevdə axtarış-xilasetmə işləri başa çatıb

İdris İsayev: İnsan kapitalına yatırım uzunmüddətli inkişafın əsas şərtidir

Şəhərsalma və dayanıqlı mobillik - AzMİU-da infosessiya

Respublika Narkoloji Mərkəzdə ötən il 42 min 624 nəfər qeydiyyatda olub

Özbəkistanlı ekspert: Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işləri qeyri-adi prosesdir

Avropa çempionu olan güləşçi: Əsas məqsədim Bakıda keçiriləcək mundialda qızıl medal qazanmaqdır

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olunub

Yaponiya kəskin inflyasiya ilə qarşılaşıb

“Reuters”: ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır

UNAIDS: QİÇS ilə mübarizədə əldə olunan nailiyyətlər maliyyə çatışmazlığı ucbatından təhlükə altına düşüb

“Sabah” Fransa klubunun futbolçusu ilə anlaşıb

Dövlətxan Dövlətxanov: Yeni Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin ümumi planı hazırlanıb VİDEO

Dövlətxan Dövlətxanov: Yeni Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin ümumi planı hazırlanıb VİDEO

Musiqi əsərləri ilə zamanın fövqünə yüksələn bəstəkar

Şəki-Zaqatala bölgəsi WUF13 ərəfəsində xarici turistlərin diqqət mərkəzindədir - sifarişlərin sayında artım var VİDEO

Şəki-Zaqatala bölgəsi WUF13 ərəfəsində xarici turistlərin diqqət mərkəzindədir - sifarişlərin sayında artım var VİDEO

WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək VİDEO

WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək VİDEO

Nazir müavini: Azərbaycan tranzitin həcmini 14,3 milyon tona çatdırıb

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib VİDEO

Rektor: BDU təkcə ali məktəb deyil, həm də analitiklər yetişdirən mühüm elm və təhsil mərkəzidir VİDEO

Rektor: BDU təkcə ali məktəb deyil, həm də analitiklər yetişdirən mühüm elm və təhsil mərkəzidir VİDEO

Pakistanda terror aktı: azı 9 nəfər həlak olub, 35 yaralı var

Dünya bazarında qızıl 113 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 113 dollar ucuzlaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

“AYNA MaaS”a WUF13 funksiyası əlavə olunub

“Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Azərbaycan İdman Akademiyasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş beynəlxalq simpozium

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır

Azərbaycan Premyer Liqasında XXXII tur Yevlaxda start götürür

Media: Putin Çinə səfər edəcək

Professor: Gələcəyin şəhərləri iqlim böhranına qarşı mübarizənin ayrılmaz hissəsidir

Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur

Azərbaycan beynəlxalq platformalarda daha ədalətli dünya nizamının formalaşdırılmasını dəstəkləyir- ŞƏRH

Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir VİDEO

Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir VİDEO

Çin Hörmüz boğazında sərbəst naviqasiyanın tərəfdarıdır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Keçmiş məcburi köçkün: Doğma torpaqları yenidən dirçəldəcəyik VİDEO

Keçmiş məcburi köçkün: Doğma torpaqları yenidən dirçəldəcəyik VİDEO

Dövlət Departamenti İsrail-Livan danışıqlarını məhsuldar adlandırıb

Səbinə Rakçeyeva: Avropa auditoriyası Azərbaycan musiqisini böyük maraqla qəbul edir - MÜSAHİBƏ

Rubio: İran Trampı əlverişsiz razılaşmaya məcbur edə bilməyəcək

Cəbrayıldan olan keçmiş məcburi köçkün: Şükürlər olsun ki, doğma elimizə, obamıza qayıdırıq VİDEO

Cəbrayıldan olan keçmiş məcburi köçkün: Şükürlər olsun ki, doğma elimizə, obamıza qayıdırıq VİDEO

Kiyevə hava zərbələrindən ölənlərin sayı 24 nəfərə çatıb

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb VİDEO

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb VİDEO

ABŞ Prezidenti: İran ya razılığa gələcək, ya da məhv olacaq

Kubada yanacaq ehtiyatı tükənib

CENTCOM İranın raket arsenalı ilə bağlı iddiaları rədd edib

ABŞ hələ də Dünya Kuboku öncəsi İran futbolçularına viza verməyib

Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır

Dünyanın üçüncü ən kiçik dövləti adını dəyişmək istəyir

Balakən gəncləri yüksək vətənpərvərlik ruhu, intellektual potensialı ilə hər zaman dövlətin yanında olub

Tramp Çinin 200 “Boeing” təyyarəsi sifariş etməyə razı olduğunu açıqlayıb

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

Almaniya xarici tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olaraq qalır

ABŞ-də 41 nəfər hantavirusa görə müşahidə altındadır

Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

BMT Suriyaya təcili ərzaq yardımlarını yarıya qədər azaldacaq

Ağalı kəndində əmək yarmarkasında vakansiyalar təqdim edilib

İsrail son sutka ərzində Livanda 20 “Hizbullah” yaraqlısını öldürüb

Norveçin həmkarlar ittifaqları Konstitusiya Günü etiraz aksiyaları keçirməklə hədələyirlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır